18 mart 2011 01:55

Portuqaliyada 3 qat bayram, İngiltərədə şok (YENİLƏNİB)

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasından fərqli olaraq, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin bütün görüşləri eyni günə təsadüf edib.
 
Cütlər arasında kifayət qədər maraqlı rəqiblər vardı ki, bunlar arasında xüsusilə Rusiya və Hollandiya klublarının rəqabəti diqqət çəkirdi. Hər halda 1/4 finala vəsiqə uğrunda bu ölkənin 2 klubu bir-biri ilə mübarizə aparırdı. İlk oyunda 3 cavabsız qolla məğlub olan “Zenit”in işi kifayət qədər çətin idi. Luçano Spallettinin komandası növbəti mərhələyə vəsiqə qazanmaq üçün 4 cavabsız qol vurmalıydı. Lakin bunlardan yalnız ikisinə gücü çatan Peterburq klubu mübarizəni dayandırmalı olub. Digər Rusiya klubu - Moskva “Spartak”ı isə əksinə səfərdə qalib gəldiyi “Ajax”ı doğma meydanda da darmadağın etməklə, yoluna davam edib.
 
Bu mərhələdə 3 klubla təmsil olunan Portuqaliya ilk oyunlar zamanı "Braga"nın evdə "Liverpool", "Porto"nun isə səfərdə Moskva CSKA-sı üzərində minimal hesablı qələbəsinə sevinmişdi. Onların bu üstünlüyünü nə dərəcədə qoruyub saxlayacağı maraqla gözlənilirdi. "Braga" 90 dəqiqə ərzində gözəl müdafiə olunmaqla "Liverpool" ilə dueldə böyük sensasiyaya imza atıb. "Porto" isə cavab oyununda da qələbə qazanmağı bacarıb. Portuqaliyanın daha bir klubu "Benfica" isə PSG üzərində əzmkar qələbə qazanmışdı ki, cavab görüşündə də heç-heçə etməklə, rəqibini yolundan kənarlaşdırıb.
 
 Yeganə Almaniya təmsilçisi "Bayer" ilk oyunda evdə uduzduğu "Villareal"la görüşdə möcüzəyə ümid bəsləsə də, heç nə edə bilməyib. İngiltərə nəhənglərindən "Manchester City" isə "Liverpool" kimi çıxışını dayandırmalı olub. Mançininin komandası ilk oyunda 2 cavabsız qolla məğlub olduğu “Dinamo”nun sensasiyanı rəsmiləşdirməsinə mane ola bilməyib.
 
Avropa Liqası
1/8 final, cavab oyunları
17 mart
 
Manchester City (İngiltərə) - Dinamo (Kiyev, Ukrayna) - 1:0 (ilk oyun, 0:2)
Qol: Kolarov, 39.
 
PSG (Fransa) - Benfica (Portuqaliya) - 1:1 (1:2)
Qollar: Bodmer, 35 - Qaytan, 27.
 
Spartak (Moskva, Rusiya) - Ajax (Hollandiya) - 3:0 (1:0)
Qollar: Kombarov, 21, Velliton, 30, Aleks, 54.
 
Zenit (Rusiya) - Twente (Hollandiya) - 2:0 (0:3)
Qollar: Şirokov, 16, Kerjakov, 37.
 
Porto (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1 (1:0)
Qollar: Halk, 1, Quarin, 24 - Tosiç, 29.
 
Liverpool (İngiltərə) - Braga (Portuqaliya) - 0:0 (0:1)
 
Rangers (Şotlandiya) - PSV (Hollandiya) - 0:1 (0:0)
Qol: Lens, 13.
 
Villarreal (İspaniya) - Bayer (Almaniya) - 2:1 (3:2)
Qollar: Kasorla, 33, Rossi, 61 - Derdiyok, 82.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.