17 mart 2011 14:22
Topaz 100-ə çatdı
Topaz milli bukmeker kontoru 100-cü məntəqəsini açaraq, istifadəyə verib. Azerisport.az xəbər verir ki, gündən-günə imkanlarını genişləndirən kontor eyni zamanda əhatə dairəsini də genişləndirməyə çalışır.
Hazırda Topazın fəaliyyət dairəsi sadəcə Bakı və Abşeron yarımadası ilə kifayətlənsə də, qısa zaman kəsiyində bütün ölkəni əhatə etməsi planlaşdırılır.
