17 mart 2011 14:34
Paytaxt derbisinə biletlərin qiyməti açıqlandı
Sabah - martın 18-də son ölkə çempionu “İnter” paytaxt derbisində “Bakı”nı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “bankirlər” öncədən də bəyan etdikləri kimi, bu görüşə də girişi pullu ediblər.
Belə ki, “Qarabağ”la qarşılaşmada olduğu kimi, bu oyuna da giriş pullu olacaq. “İnter” – “Bakı” derbisinə biletin qiyməti isə 1 manat təşkil edəcək.
