17 mart 2011 16:01
Mourinyo qorxduğu iki komandanın adını açıqladı
İspaniyanın “Real” (Madrid) klubunun baş məçqçisi Joze Mourinyo Çempionlar Liqasında çəkindiyi iki əsas komandanın adını çəkib. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis dünən keçirilən Fransanın “Olympique” (Lion) klubu ilə oyundan (3:0) sonra maraqlı fikirlər söyləyib.
O, cümə günü günü İsveçrənin Nyon şəhərində keçiriləcək 1/4 final mərhələsinin püşkatma mərasimi ərəfəsində vaxtilə çalışdırdığı İngiltərənin “Chelsea” və İtaliyanın “İnter” klublarına qarşı oynamaq istəmədiyini söyləyib.
“Köhnə komandalarına qarşı oynamağın həyəcanı daha çətindi. “Chelsea” və ya “İnter”in əvəzində “Barcelona” ilə qarşılaşmağı daha çox istərdim”.
