17 mart 2011 17:06
Muğan Qəbələ ilə oyuna baş məşqçisiz çıxıb
Premyer Liqanın 24-cü turuna “Muğan” – “Qəbələ” oyunu ilə start verildi. Azerisport.az xəbər verir ki, ikinci altılıq liderlərinin qarşılaşmasından “Qəbələ” qalib ayrıldı - 2:1.
Lakin bu görüşdə nominal meydan sahiblərini meydana heç də baş məşqçi Bəhmən Həsənov çıxarmamışdı. Belə ki, Salyan klubunun üzvləri meydana köməkçi məşqçi Elşad Quliyevin rəhbərliyi altında çıxmışdı. Oyundan sonra keçirilən mətbuat konfransında Quliyev “Muğan”ın baş məşqçisinin komandasının başında olmamasının səbəbini də açıqlayıb:
“İstədiyimiz oyunu göstərə bilmədik. Xəttlər arasında əlaqə yaxşı deyildi. Baş məşqçimiz sağlamlığında problem olması səbəbindən bu oyunda komandanın başında ola bilmədi. Buraxdığımz səhvlərdən qapımızda qol gördük”.
