17 mart 2011 17:12
Toni Adams: Oyundan həzz aldım
Premyer Liqasının 24-cü turuna “Muğan”ın qonağı olan “Qəbələ” əzmkar qələbə qazandı - 2:1. Azerisport.az xəbər verir ki, bölgə klubunun baş məşqçisi Toni Adams oyundan sonra komandasının çıxışını belə dəyərləndirib:
“Oyundan həzz aldım. Bərabər səviyyəli komandaların oyunu idi. MOİK-lə oyundakından daha yaxşı oynadıq. Rəqibin hesabı dəyişmək üçün şansı var idi. Lakin biz qələbə qolunu vura bildik”.
