17 mart 2011 18:10
Millimiz Belçikada açıq məşqə hazırlaşır
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa hazırlaşan Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən hazırlıq prosesi martın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00), Brüssel şəhərindəki “Rua Boduen” stadionunda baş tutacaq.
Xatırladaq ki, martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də, qeyd olunan stadionda Belçika və Azərbaycan milli komandaları AÇ-2012-nin seçmə oyununda qarşılaşacaq.
