17 mart 2011 18:33
Neftçi Lənkəranda son məşqinə çıxdı
Ötən gün Lənkərana gələn "Neftçi" şəhərin mərkəzindəki "Qala" otelində məskunlaşıb. Azerisport.az xəbər verir ki, flaqman bu gün saat 18:00-da 24-cü turun matçının keçiriləcəyi Lənkəran şəhər stadionunun yaşıl meydançasında baş məşqçi Arif Əsədovun rəhbərliyi altında oyunqabağı son məşqinə çıxıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” görüşü sabah saat 18:00-da start götürəcək.
