17 mart 2011 18:41
Qarabağ AZAL-la oyuna hazırdı
“Qarabağ” Premyer Liqanın 24-cü turu çərçivəsində sabah qarşılaşacağı AZAl-la oyuna hazırdı. Azerisport.az xəbər verir ki, Ağdam klubu sabah final mərhələsində ilk ev oyununa çıxacaq.
Artıq Qurban Qurbanovun komandası “təyyarəçilər”lə oyunun hazırlıqlarını tamamlayaraq, oyun saatını gözləməyə başlayıb. Bu gün saat 13:00-da Tofiq Bəhramov adına respublika stadionunda komanda 1 saatlıq oyunöncəsi son məşqini edib. Qarşıdakı oyunda Aftandil Hacıyevlə Maksim Medvedevin iştirak etməyəcəyi dəqiqdi. “İnter”lə oyundan sonra Samir Abasovun boynunda olan köhnə zədəsi yenidən təzələnib. Samirin taleyinə oyun günü aydınlıq gələcək.
