17 mart 2011 11:22
Azərbaycan millisi itki ilə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa hazırlaşan yığma komandamız itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “Qarabağ” klubunun üzvü, yarımmüdafiəçi Samir Abasov zədəli olduğu üçün heyətdən çıxarılıb.
Adı bir neçə gün öncə baş məşqçi Berti Foqtsun müəyyənləşdirdiyi siyahıya salınan futbolçu Azərbaycan millisinin martın 19-dan 26-dək Almaniyanın Veqberq, martın 26-dan 29-dək isə Belçikanın Brüssel şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
