17 mart 2011 15:48
Qəbələ Muğan`ın zirvəni ələ keçirməsinə imkan vermədi (YENİLƏNİB)
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, millinin AÇ-2012-nin seçmə mərhələsindəki Belçika ilə qarşıdakı oyunu səbəbindən bir qədər irəli çəkilən turun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Muğan” “Qəbələ”ni qəbul edib. İkinci altılığın liderləri hesab olunan komandaların duelinə maraq heç də az deyildi. Rəqibindən cəmi iki xal geri qalan Salyan klubu ev matçında qələbə qazanmaqla, zirvəni ələ keçirmək imkanına malik idi. “Qəbələ” isə məhz bu rəqibinə uduzduğu üçün, ilk altılıqdan kənar qalmışdı ki, həmin qisasını almağı hədəfləyirdi. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsində evdə keçirilən oyunda 2:0 hesablı qələbəyə sevinən Toni Adamsın komandası cavab görüşündə minimal hesablı məğlubiyyətlə üzləşmişdi. Lakin bu dəfə hesabı meydan sahibləri açsa da, əzmkar qələbə qazanan Adamsın yetirmələri həm zirvədəki yerlərini qorudular, həm də "Muğan"dan qisaslarını almış oldular.
Azərbaycan Premyer Liqası
24-cü tur
17 mart
MUĞAN – QƏBƏLƏ - 1:2 (1:1)
Qol: Reys Klaudiney, 14 (1:0), Mİlan Antiç, 20 (1:1), Murad Hüseynov, 80 (1:2).
Hakimlər: Elvin Əsgərov, Elşən Durmuşov, Vaqif Musayev, Vüsal Əliyev.
Bakı. “Şəfa” stadionu.
Oyun başlayır
Tərəflərin qarşılıqlı hücumları bəhrəsiz qalır
14. Künc zərbəsi zamanı qonaqların qapısı qarşısındakı qarışıqlıqdan Klaudiney dəqiq yararlanır - 1:0
20. Baranin adəti üzrə cərimə meydaçasına uzun aut atışı həyata keçirdi ki, Antiç də qüvvətli baş zərbəsi ilə topu tora qovuşdurdu - 1:1
45. Qonaq komandanın üzvü Yaşar Abuzərov sarı vərəqə alır
Birinci hissə başa çatır
İkinci hissə başladı
"Qəbələ"də Nuran Qurbanovu Arif İsayev əvəzləyir
"Muğan"da Anxel Qutyerresi Rəvi Rəhmaniv əvəzləyir
71. Bruno Da Silvanın cərimə zərbəsindən sonra "Muğan"ın qapıçısı komandasını qoldan xilas edir
"Muğan"da Saşko Pandevi Sergey Çernışev əvəzləyir
80. Murad Hüseynov komandasını hesabda önə keçirir - 1:2
84. "Qəbələ"nin müdafiəçisi Nodar Məmmədov Rəvi Rəhmanova qarşı kobud oyunun ardından Elşən Məmmədova da baş zərbəsinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
85. Elşən Məmmədov isə sarı vərəqə alır
86. "Qəbələ"də Stiv Olfers idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə alır
89. "Qəbələ"də Deon Bartonu Razvan Tarlea yerinə yetirir
90+3. "Qəbələ"nin qapıçısı Dorosev vaxtı uzatdığına görə sarı vərəqə alır.
Matç başa çatdı
Turun qalan 5 görüşü sabah keçiriləcək: Gəncə - Simurq, Qarabağ – AZAL, Turan – MOİK, İnter – Bakı, Xəzər Lənkəran – Neftçi.
Birinci altılıq
|
1
|
Neftçi
|
23
|
15
|
6
|
2
|
41-9
|
51
|
|
2
|
XL
|
23
|
14
|
5
|
4
|
28-13
|
47
|
|
3
|
Qarabağ
|
23
|
14
|
3
|
6
|
32-14
|
45
|
|
4
|
İnter
|
23
|
12
|
4
|
7
|
24-18
|
40
|
|
5
|
AZAL
|
23
|
10
|
9
|
4
|
28-16
|
39
|
|
6
|
Bakı
|
23
|
9
|
6
|
8
|
28-22
|
33
|
İkinci altılıq
|
1
|
Qəbələ
|
24
|
9
|
8
|
7
|
22-16
|
35
|
|
2
|
Muğan
|
24
|
8
|
6
|
10
|
18-26
|
30
|
|
3
|
Gəncə
|
23
|
5
|
9
|
9
|
23-28
|
24
|
|
4
|
Turan
|
23
|
4
|
6
|
13
|
18-35
|
18
|
|
5
|
Simurq
|
23
|
2
|
6
|
15
|
13-37
|
12
|
|
6
|
MOİK
|
23
|
1
|
4
|
18
|
7-48
|
7
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
11 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
