17 mart 2011 00:03
Schalke Feliks Maqata əvəzləyici tapdı
Baş məşqçi Feliks Maqatla yollarını ayıran Almaniyanın “Schalke” klubu ona əvəzləyici tapıb. Azerisport.az xəbər verir ki, bundan sonra onun sözügedən komandadakı işini Ralf Ranqnik davam etdirəcək.
Artıq 52 yaşlı bu mütəxəssislə müqavilə də bağlanılıb. Ranqnik yeni vəzifədə aprelin 1-də “Sankt Pauli”yə qarşı matçda debüt edəcək.
Qeyd edək ki, “Schalke” 26 oyundan topladığı 33 xalla 10-cu pillədə qərarlaşır.
