17 mart 2011 14:54
Ramiz Məmmədovun Qazaxıstanda ilk heç-heçəsi (YENİLƏNİB)
Bu gün Qazaxıstan Superliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun açılış matçında həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau” səfərdə “Vostok”un qonağı olub.
Qeyd edək ki, həmyerlilərimizin komandası çempionata məğlubiyyətlə başlasa da, son turda doğma meydanda ilk qələbəsini rəsmiləşdirmişdi. “Vostok” isə ilk oyununda qələbə qazandığı halda, son turda heç-heçə etmişdi. Hər halda ikinci pillədə qərarlaşan bu komanda ilə oyunda 7-ci pillədəki “Atırau”nun işi heç də asan olmayacaqdı. Belə də oldu. Öncə qapısından iki qol buraxan həmyerlilərimizin komandası yalnız fasilədən sonra özünə gəlib. Öncə hesab arasındakı fərqi azaldan qonaqlar son dəqiqələrdə də bərabərlik qolunu vurublar. Beləcə Ramiz Məmmədovun Qazaxıstanda ilk heç-heçəsinə nail olub.
Qazaxıstan Superliqası
3-cü tur
Vostok – Atırau - 2:2 (2:0)
Qollar: Kovaçev, 15, Dobriç, 40 - Oqbonna, 57, 90.
