17 mart 2011 11:48
Leekens üçün Van Buyten müjdəsi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan “Belçika” millisinin baş məşqçisi Jorj Leekens komandasının aparıcı futbolçularından olan Daniel Van Buytenin martın 25-də keçiriləcək Avstriya və 29-dakı Azərbaycanla görüşlərdə iştirak edəcəyinə ümid etdiyini dilə gətirib. Azerisport.az xəbər verir ki, Münhen “Bayern”inin üzvü fevralın 18-də Çempionlar Liqasının “Fiorentina” ilə oyununda aldığı səbəbindən qarşıdakı oyunları da buraxmaq təhlükəsi ilə üzləşmişdi.
Lakin artıq sağalan və klubunda oynamağa başlayan futbolçu ölkəsinin yığmasına kömək edə bilər: “Mən onunla telefonla danışmışam. Bu yaxşı xəbərdi. Mümkündü ki, o, “Bayern”in növbəti oyununda da meydana çıxsın” – deyə, Leekens bildirib.
