18 mart 2011 16:18

Avroliqanın da püşkü atıldı (YENİLƏNİB)

Bu gün Avropa Liqasında da 1/4 final və yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirindəki 8 ən güclü komanda da finala gedən yoldakı bütün rəqiblərini tanımış olub.
 
İsveçrənin Nyon şəhərində baş tutan tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Qeyd edək ki, artıq bu mərhələdən etibarən komandaların hamısı bir-birinə rəqib olmaq imkanına malik idi. Yəni “kor püşk” 3 klubla təmsil olunan portuqalları, eləcə də 2 klubla təmsil olunan hollandları üz-üzə qoya bilərdi. Lakin ÇL-dən fərqli, bu turnirdə belə təsadüf qeydə alınmayıb və onlar müxtəlif ölkə təmsilçiləri ilə düşüb.
 
Avropa Liqasının 1/4 finalına yüksələn komandalar bunlardı:
 
1. Benfica (Portuqaliya) - PSV (Hollandiya)
2. Porto (Portuqaliya) - Spartak (Moskva, Rusiya)
3. Braga (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna)
4. Villarreal (İspaniya) - Twente (Hollandiya)
 
Yarımfinalda isə bu komandalar aşağıdakı cütlüklərlə mübarizə aparmalı olacaq:
 
4-cü cütun qalibi - 2-ci cütün qalibi
1-ci cütün qalibi - 3-cü cütün qalibi
 
Qeyd edək ki, yuxarıdakı bütün cütlüklərdə adı birinci göstərilən komandalar ilk oyunda ev sahibi olacaq. Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 7-də, revanş qarşılaşmaları isə 14-də baş tutacaq. Yarımfinalın ilk matçları aprelində 28-də, cavab görüşləri isə mayın 5-də oynanılacaq. Avroliqanın final görüşü isə mayın 18-də “Dublin Arena”da baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.