18 mart 2011 13:24
Foqts Belçika ilə oyun öncəsi jurnalistlərlə görüşəcək
AÇ-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan oyunundan öncə milli komandamızın baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, almaniyalı mütxəssis jurnalistlər önünə məsul görüşdən bir gün əvvəl – martın 28-də çıxacaq.
Tədbir yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) Brüsseldəki “Dolce La Hulpe” otelində baş tutacaq.
