18 mart 2011 01:24
Barbikoni sıraya döndü və söz verdi
Bir müddət zədə səbəbi ilə yaşıl meydanlardan kənar qalan “Bakı”nın fransalı müdafiəçisi Stefan Barbikoni sıraya dönür. Azerisport.az xəbər verir ki, o, məhz əsas heyətə qayıdışı ,“İnter”lə keçiriləcək oyun barədə fikirləini bölüşüb:
“Uzun zamandı zədədən əziyyət çəkirdim. Həkimlərin, məşqçilərin və məni sevən bütün insanların dəstəyi hesabına yeidən meydana çıxmağa hazıram. İnanıram ki, sabah məni yenidən meydanda görəcəksiz. Bateslə bəndənizin necə tandem təşkil edəcəyi çoxları üçün maraqlıdı. O cümlədən də, mənim üçün...
“İnter”lə oyuna gəlincə, sabah bizi çətin oyun gözləyir. Meydanın süni örtüklü olması bizə müəyyən çətinlik yaradacaq. Bunula belə meydanda yalnız üç xal üçün çıxacağıq və istəyimizə çatacağıq.
Hazırda çətin vəziyyətdəyik. Lider “Neftçi” ilə aramızda 18 xal fərq olsa da, mümkunsuz bir şey yoxdu. Premyer Liqanı lider bitirməyimiz mümkunsuz kimi görünsə də, Avroliqa vəsiqəsi uğrunda mübarizəmiz davam edir.
”Bakı” azarkeşlərinə hər oyunda bizə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Sabah da azarkeşlərimizdən dəstək gözləyirik. Onları bu oyuna dəvət edirəm və əmin edirəm ki, biz də öz növbəmizdə gözəl oyun göstərib, onları sevindirəcəyik”.
