18 mart 2011 01:38
Bakı: paytaxt derbisinə Savinovla Juninyosuz
“Bakı” Premyer Liqanın 24-cü turu çərçivəsində bu gün qarşı-qarşıya gələcəyi “İnter”lə oyunun hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” oyun öncəsi bir məşqlə kifayətlənib.
Aleksandr Starkovun yetirmələri son hazırlığı matçın keçiriləcəyi “Şəfa” stadionunda həyata keçirib. Bir saat davam edən məşq fiziki təmrinlər və topla çalışmalar üzərində qurulub. Nisbətən, yüngün keçən məşqdə zədəli futboçular Aleksey Savinov və Juninyo iştirak etməyiblər.
