18 mart 2011 14:54
Leekens millimizlə oyun öncəsi iddialı danışdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens qarşıdakı Avstriya və Azərbaycanla oyunlar öncəsi inamlı danışıb. Azerisport.az xəbər verir ki, rəqibimizin çalışdırıcısı bu rəqibləriylə görüşlər öncəsində bunları dilə gətirib:
“Son aylarda biz hamını məğlub etmək istəyirik. Ola bilər ki, hətta lap çox istəyirik. Ancaq Avstriya üzərində qələbə heç də pis olmazdı. Əgər Azərbaycanla Türkiyəni doğma meydanda məğlub edə bilsək, bu bizim məqsədimizə çatmağımızı asanlaşdıra bilər. İstərdim ki, futbolçularım bu oyunlar öncəsi yüklənməsin”.
