18 mart 2011 16:25

Foqts: O, məndə əminlik yarada bilmədi

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts müsahibəsində qarşıdan gələn Belçika ilə oyun üçün açıqladığı heyətdən, eləcə də Maksim Medvedev, Əfran İsmayılov və Elnur Abdullayevə dövət göndərməməsinin səbəblərindən danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Bir neçə gün əvvəl milli komandanın Almaniya və Belçikada keçiriləcək təlim-məşq toplanışı üçün heyətini açıqladınız. Toplanışa dəvət olunan futbolçular barədə ümumi fikirlərinizi bilmək istərdik…
- Milliyə beynəlxalq oyunların tələblərinə uyğun futbolçuların dəvət olunduğunu düşünürəm. Bu oyunçular yaxşı sürətə, zəruri aqressivliyə, təkbətək mübarizələrdə qalib gəlmək arzusuna və taktiki tapşırıqlara əməl etmək bacarığına malikdirlər.
 
- Maksim Medvedev, Əfran İsmayılov və Elnur Abdullayevin millinin heyətinə cəlb olunmaması nə ilə bağlıdı?
- Ötən ilin oktyabrından Maksimin səhhətində problem var. Mən ona müalicə üçün yaxşı mütəxəssis tapmasını məsləhət görmüş və hətta bunun üçün öz köməyimi də təklif etmişdim. Lakin o və klubu yalnız indi xaricdə müalicə üçün imkan tapıblar. Formaya düşmək üçün ona 4 həftədən 6 həftəyədək vaxt lazım olacaq. Ümid edirəm ki, Maksimi Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara dəvət edə biləcəyəm.
 
Əfran 6 aya yaxındı ki, ağır zədə ilə mübarizə aparır. Onu apreldə keçiriləcək təlim-məşq toplanışına və Almaniyadakı tibbi müayinəyə dəvət edəcəyəm. O, əvvəlki formasını bərpa etməlidi. Ümidvaram ki, Əfran Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlarda bizə kömək edə biləcək.
Elnuru Dubayda keçirdiyimiz son təlim-məşq toplanışında, eləcə də “Neftçi” və AZAL-a qarşı oyunlarda izləmişəm. O, məndə əminlik yarada bilmədi. Elnur apreldə keçiriləcək təlim-məşq toplanışına və Almaniyadakı tibbi müayinəyə dəvət ediləcək. O, bilməlidi ki, yarımmüdafiədə çıxış edən futbolçu topsuz da – top rəqibdə olan zaman – çox hərəkət etməli və topu almağa çalışmalıdı. Beynəlxalq oyunlarda rəqib özü top vermir.
 
- Belçika yığması ilə oyun martın 29-da keçiriləcək. Millinin toplanışı isə martın 19-dan etibarən başlayacaq. Hazırlıq prosesinin belə uzunmüddətli olmasının səbəbi nədi?
- Biz komandanı digər ölkələrlə müqayisədə cəmi 1 gün əvvəl yığırıq. Bu, FİFA və UEFA-nın qaydalarında öz əksini tapıb. Bunun üzərinə yola sərf olunan vaxtı və 3 saatlıq zaman fərqini də gəlmək lazımdı.
 
- Premyer Liqa çərçivəsində və ölkə kuboku uğrunda keçirilən bir neçə oyunu izlədiniz. Milliyə dəvət olunan və çağırılmağa namizəd futbolçular barədə təəssüratlarınız necədir?
- Mən yalnız hazırda milliyə dəvət olunan futbolçuları gördüm. Bu oyunlarda millinin heyətinə gələcəkdə qoşula biləcək futbolçular görmədim.
 
Mənbə: AFFA

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.