18 mart 2011 16:40
Qurban Qurbanov nədən narazı qalıb?
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunun AZAL ilə oyunu haqda fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı minimal hesabla qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
“Çox vacib 3 xal qazandıq. AZAL bu gün ancaq tərifə layiq idi, sonadək mübarizə apardılar. Hər iki hissəyə pis başladıq. Hansı ki, bu mənim qətiyyən xoşuma gəlmədi. Lakin hissənin ortalarından daha yaxşı oynadıq. AZAL qalib də gələ bilərdi. Müəyyən səhvlərimiz oldu. Lakin komandam sonadək mübarizə apardı, futbolçularımı təbrik edirəm. Qarşıda hələ 8 tur var. AZAL klubuna uğurlar arzulayıram”.
