18 mart 2011 16:53
Nazim Süleymanov: Məğlub olsaq da, oyundan razıyam
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 24-cü turunun “Qarabağ” ilə səfər oyunu haqda fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı minimal hesabla məğlub olduqları görüşlə bağlı bunları söyləyib:
“Hamını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Futbol mübarizə oyunudur. Rəqibin səhvindən istifadə etsən, qalib gələrsən. Bu oyunda çox yaxşı mübarizə apardıq, təəssüf ki, qalib gələ bilmədik. Məğlubiyyətə baxmayaraq, futbolçularımdan razı qaldım. Qəbələni də həmin komanda qazandı ki, daha az səhvə yol verdi. Artıq növbəti oyunlar haqda düşünmək lazımdı”.
