18 mart 2011 12:51
Hakimlər açıqlandı, Böyük oyuna təyinat yenə gizlədildi
Premyer Liqanın 24-cü turunun bu gün keçiriləcək oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, hakimlərə yönələn təzyiqlər səbəbindən AFFA Hakimlər Komitəsi məhz belə addım atmağa qərar verib.
Lakin turun mərkəzi görüşü olan və 18:00-da start götürəcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasının hakimləri hələ də gizli saxlanılır.
Təyinatlara gəlincə, “İnter” və “Bakı” arasındakı paytaxt derbisi Elçin Məmmədova tapşırılıb. “Qarabağ” – AZAL görüşünü isə Anar Salmanov idarə edəcək.
Premyer Liqa
24-cü tur
18 mart (cümə)
“Gəncə” – “Simurq”
Hakimlər: Elnur Muradov, Mübariz Haşımov, İsgəndər Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu. Saat 14:00
“İnter” – “Bakı”
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Şəfa” stadionu. Saat 16:00
“Qarabağ” – AZAL
Hakimlər: Anar Salmanov, Elşən Acalov, İlham Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00 (canlı, "İdman Azərbaycan")
“Turan” – MOİK
Hakimlər: Əfqan Həmzəyev, Azad Q. Hüseynov, Aleksandr Musatkin, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu. Saat 14:00
