18 mart 2011 19:07
Komandaları heç-heçə etdi, baş məşqçiləri tərif
Premyer Liqanın 24-cü turunda son ölkə çempionu "İnter" kubokun qalibi "Bakı"nı qəbul etdi. Azerisport.az xəbər verir ki, hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1:1 hesablı heç-heçə ilə kifayətləndilər. Qarşılaşmadan sonra komandaların baş məşqçiləri görüşlə bağlı bunları dilə gətiriblər.
Kaxaber Sxadadze, "İnter"in baş məşqçisi: "Fikrimcə, meydanda bu gün ancaq bir komanda var idi. Baxımlı oyun alındı. Oyuna görə biz daha üstün idik. Təsadüfi qol buraxsaq da, bərabərlik qolunu vura bildik".
Aleksandr Starkov, "Bakı"nın baş məşqçisi: "Bu gün komandamın oyunu xoşuma gəldi. Yaxşı oyun alındı, əla qol vurduq. "İnter" kimi güclü komandaya qarşı oynadıq. Qapımızı oyunun sonunadək toxunulmaz saxlaya bilərdik, lakin üstünlüyü əldən verdik. İkinci hissədə də bir neçə qol imkanımız oldu. Fikrimcə, bu gün komandamın oyunu alındı".
