18 mart 2011 19:37
Şükürovun millimizə kömək edə biləcəyi dəqiqləşdi
Xəbər verdiyimiz kimi, martın 19-dan 26-dək Almaniyanın Veqberq, martın 26-dan 29-dək isə Belçikanın Brüssel şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, qeyd olunan toplanışlar üçün millinin heyəti açıqlanarkən Mahir Şükürovun zədəli olmasını və zədəsini sağaldacağı təqdirdə millinin heyətinə qoşulacağını bildirmişdik.
Artıq Mahir Şükürov zədəsini sağaldıb və milli komanda ilə birgə təlim-məşq toplanışına yollanacaq.
