18 mart 2011 20:17
Futbolumuzun 100 illik yubileyinə start
Sabah - martın 19-da, saat 11:00-da, “Şəfa” stadionunda jurnalistlərdən və polislərdən təşkil olunmuş komandalar arasında oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər planı çərçivəsində Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası tərəfindən təşkil olunub.
Oyunun bütün iştirakçılarına AFFA-nın hədiyyələri təqdim ediləcək.
