18 mart 2011 20:26
Rednik: Çempionluq üçün 3 komanda vuruşacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra bunları dilə gətirib:
“Heç-heçədən razıyam. Uşaqlar yaxşı oynadılar. Bizim pressinqimiz öz bəhrəsini verdi. Əlbəttə, istəməzdik ki, cavab qolumuz penaltidən olsun. Ümumiyyətlə, bu, “Xəzər Lənkəran”ın cari mövsümdə vurduğu ilk penalti idi. Hakimin qərarını müzakirə etmək istəməzdim. İndi bundan sonra çempionluq uğrunda bizimlə yanaşı “Neftçi” və “Qarabağ” da mübarizə aparacaq”.
