18 mart 2011 20:35
Arif Əsədov: Nəticəni ədalətli hesab etmirəm
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bu görüşə kimi cari mövsümdə biz “Xəzər Lənkəran”la 4 dəfə qarşılaşmışdıq. Nəhayət bu dəfə qələbə qazanmaq istəyirdik. Ancaq alınmadı. Buna baxmayaraq, komandamdan razıyam. Penaltiyə gəlincə, onun necə baş verdiyini hamı gördü. Nəticəni ədalətli hesab etmirəm. Qələbə qazanmalı idik”.
