18 mart 2011 11:08
Bakı`nın futbolçusu İsveç yolunda
“Bakı”nın yarımmüdafiəçisi Vadim Borets Moldova yığmasına çağırılıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu ölkəsinin milli komandası ilə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçlə səfər oyununda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, sözügedən qarşılaşma martın 29-da baş tutacaq. Yeri gəlmişkən, Boretslə yanaşı, vaxtilə Azərbaycanın bir sıra klublarında top qovmuş Anatoli Doroş da ölkəsinin əsas komandasına dəvət alıb.
