18 mart 2011 19:51
Neftçi XL-ı büdrədib, Qarabağ`ı ikinci etdi (YENİLƏNİB)
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun qalan bütün 5 görüşü məhz bu günə təsadüf edib.
Təbii ki, bütün diqqətlər turun mərkəzi qarşılaşması olan “Xəzər Lənkəran” – “Neftçi” görüşünə yönəlmişdi. Əzəli rəqibi ilə ev oyununda xal itkisi ilə üzləşən cənub təmsilçisi "Qarabağ"ın onunla xallarını bərabərləşdirməsinə imkan vermiş oldu.
Azərbaycan Premyer Liqası
24-cü tur
18 mart
XƏZƏR LƏNKƏRAN – NEFTÇİ - 1:1 (0:1)
Qol: Rodriqinyo, 23 (0:1), Vobay, 89 (1:1).
Baş hakim: Fariz Yusifov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
İlk təhlükəli hücum meydan sahiblərindən gəlsə də, "Neftçi"nin müdafiəçiləri təhlükəni sovuşdurur
Rauf Mehdiyevin kobud səhvi az qala komandasına baha başa gələcəkdi
Hələlik tərəflərin hücum cəhdləri bəhrəsiz qalır
Rodriqinyo uzaqdan vurduğu möhtəşəm qolla lənkəranlıları şoka salır - 0:1
Rodriqinyo kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
Vobayın qüvvətli zərbəsini Mehdiyev zərərsizləşdirir
R.Mehdiyevin daha bir səhvini müdafiəçilər sığortalayır. Lakin qapıçı həmin epizodda zədələnir
XL-dan Kyaku, "Neftçi"dən Ruslan Abışov sarı vərəqə alır
Qonaqların əks-hücumu zamanı Flavinyonun zərbəsini Kamran zərərsizləşdirir
XL daha çox hücum edən tərəf olsa da, qonaqlar səhvə yol vermir
R.Mehdiyev artıq 3-cü dəfə kobud səhvə yol verir, amma meydan sahibləri bundan yararlana bilmirlər
Vobayın yerinə yetirdiyi cərimə zərbəsi zamanı top canlı səddə dayanan Flavinyonun əlinə toxunsa da, hakimin fiti susur
Birinci hissə başa çatır
İkinci hissə başladı
Fasilədə "Neftçi"də Rəşadı həmsoyadı Araz əvəzləyir
XL 2-ci hissəyə daha fəal və aqressiv başlayıb. Lakin hələlik bəhrəsizdi
Vobayın qüvvətli zərbəsində azca dəqiqlik çatışmır
XL-da Katalin Doman Adrian Piti əvəzləyir
Rahid Əmirquliyevlə S.Georgiyevski sarı vərəqə alır
XL rəqibini tamamilə qapısına sıxışdırıb
XL-ın hücumu zamanı komandasını qoldan xilas edən Mitreski zədələnir
E.Allahverdiyev sarı vərəqə alır
Kyakunu Opara əvəzləyir
R.Mehdiyev sarı vərəqə alır
XL matç ərzində ən təhlükəli qol vəziyyətini yaratsa da, gözəl fürsətdən yararlana bilmir
R.Məlikov da sarı vərəqə alır
A.Mureşanı İ.Banqura əvəzləyir
XL fərqlənir. Lakin Parks açıq-aşkar ofsayddan qol vurduğu üçün hakim onu sarı vərəqə ilə cəzalandırır
Doman simulyasiyaya görə sarı vərəqə alır
Flavinyonu Ruslan Əmircanov əvəzləyir
Alessandro Oparanı cərimə meydançasında yıxır. Hakim ona sarı vərəqə verir, "Neftçi"nin qapısına penalti təyin edir
Vobay bu şansdan lazımınca yararlanır və hesabı bərabərləşdirir - 1:1
Cavid Hüseynov rəqib müdafiəçinin səhvindən sonra yenidən komandasını hesabda önə keçirməyə yaxın olsa da, təkbətək zamanı düzgün oynamır
Matç başa çatdı
İNTER – BAKI - 1:1 (0:1)
Qol: Jaba, 9 (0:1). R.Poşkus, 81 (1:1).
Bakı. “Şəfa” stadionu.
Oyun başladı
Oyuna heç də pis başlamayan qonaqlar hesabı açırlar
Cəmşid Məhərrəmovun asmasını Jaba başla tora qovuşdurur - 0:1
Adnan Bərəkət sarı vərəqə ilə cəzalanır
"İnter" artıq özünə gəlib və daha çox hücum edən tərəfdi. Amma şanslarından yararlana bilmir
Şarliya "Bakı"nı real təhlükədən xilas edir
İlk hissə başa çatır
İkinci hissə başladı
Təhlükəli nöqtədə Çertoqanova qarşı kobudluq və cərimə zərbəsi
Zlatinov gözəl şansı boşa verir
Roşa Asif Məmmədova qarşı kobud oynayır və sarı vərəqə ilə cəzalanır
Roşanın uzaqdan qüvvətli zərbəsini Lomaya geri qaytarır
Çertoqanov hesabı bərabərləşdirmək şansını qaçırır
P.Zlatinovu R.Poşkus əvəzləyir
C.Məhərrəmov sarı vərəqə alır
İ.Karqbonu Ernad Skuliç əvəzləyir
"İnter" yüz faizlik qol imkanını boşa verir
L.Roşanı A.Soliç əvəzləyir
Poşkus komandasını məğlubiyyətdən xilas edir - 1:1
Matç başa çatır
GƏNCƏ – SİMURQ - 0:1 (0:1)
Qol: Azər Məmmədov, 44-öz qapısına. (0:1).
Gəncə. Şəhər stadionu.
Oyun başladı
Ceyhun Sultanovun təhlükəli asmasına heç kim toxuna bilmir
"Simurq" daha çox müdafiəyə fikir verir
Sultanovla Zelenbabanın qonaqları cəzalandırmaq şansı olsa da, yararlana bilmirlər
Meydan sahiblərinin fəallığına baxmayaraq, hesabı qonaqlar açır. Azər Məmmədov avtoqola imza atır - 0:1
Birinci hissə başa çatır
İkinci hissə başladı
Sultanovun daha bir cəhdi. Qapıçı yerindədi
"Gəncə" bütün qüvvəylə irəli atılsa da, hələlik heç nəyə nail ola bilmir
"Gəncə" uduzması azmış kimi, azlıqda qalır. C.Sultanov ikinci sarı vərəqə ilə meydandan qovulur
Matç başa çatdı
TURAN – MOİK - 1:0 (1:0)
Qol: Boris Kondev, 29 (1:0).
Tovuz. Şəhər stadionu.
Oyun başladı
Oyun daha çox meydanın mərkəzində keçir
"Turan"da Viktor Qontanın zərbəsi dəqiq olmur
Kondev meydan sahiblərini hesabda önə çıxarır - 1:0
"Turan" yenə daha çox hücum edən tərəfdi
Birinci hissə başa çatır
İkinci hissə başladı
MOİK ikinci hissəyə bir qədər fəal başlayıb
Kondev dubl etməyə yaxın olsa da, əla şansdan yararlana bilmir
"Turan" oyunda çox fəaldı və MOİK-ə şans vermir
Matç başa çatdı
QARABAĞ – AZAL - 1:0 (1:0)
Qol: Georgi Adamiya, 32 (1:0)
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
Oyun başladı
"Qarabağ"da vüqar Nadirovun zərbəsi dəqiq olmur
Rəşad Sadıqovun cərimə zərbəsi də dəqiq olmur
AZAL-ın əks hücumu zamanı Krastovçevin zərbəsi yandan keçir
Rəşad Sadiqovun zərbəsi qapının yanından keçir
Rauf Əliyev Həsənzadə ilə üz-üzə qalır. Qapıçı Raufla mübarizədə onu yıxdığından, hakim tərəddüdsüz penalti təyin edir
Georgi Adamiya bu şansdan maksimum yararlanır - 1:0
Aqollinin ideal asmasını Rauf başla tora qovuşdurmaq istəsə də, azca dəqiqlik çatışmadı
Birinci hissə başa çatır
İkinci hissə başladı
AZAL-da Robert Petrovu Qvidas Yuska əvəzləyir
Pavloviç "Qarabağ"ı qoldan xilas edir
Meydan sahibləri əla əks-hücumdan lazımınca yararlana bilmir
"Qarabağ" müdafiəyə fikir verir, AZAL isə xüsusi təhlükəli hücumlar təşkil edə bilmir
"Qarabağ"ın çox təhlükəli hücumu zamanı Həsənzadə əla oynayır
AZAL-da Benuahi sarı vərəqə alır
AZAL-da Vüsal Qarayevi Tərlan Xəlilov əvəzləyir
Əfran İsmayılov sarı vərəqə alır
Əfranın əvəzində Samir Abbasov meydana daxil olur
C.Həsənzadə komandasını real qoldan xilas etdi
AZAL-da Mansur Limani Cavid Rəhimovla əvəzlənir
Elvin Əliyev sarı vərəqə alır
Adamiyanı Elvin Məmmədov əvəzləyir
Matç başa çatdı
Birinci altılıq
|
1
|
Neftçi
|
24
|
15
|
7
|
2
|
42-10
|
52
|
|
2
|
Qarabağ
|
24
|
15
|
3
|
6
|
33-14
|
48
|
|
3
|
XL
|
24
|
14
|
6
|
4
|
29-14
|
48
|
|
4
|
İnter
|
24
|
12
|
5
|
7
|
25-19
|
41
|
|
5
|
AZAL
|
24
|
10
|
9
|
5
|
28-17
|
39
|
|
6
|
Bakı
|
24
|
9
|
7
|
8
|
29-23
|
34
|
İkinci altılıq
|
1
|
Qəbələ
|
24
|
9
|
8
|
7
|
22-16
|
35
|
|
2
|
Muğan
|
24
|
8
|
6
|
10
|
18-26
|
30
|
|
3
|
Gəncə
|
24
|
5
|
9
|
10
|
23-29
|
24
|
|
4
|
Turan
|
24
|
5
|
6
|
13
|
19-35
|
21
|
|
5
|
Simurq
|
24
|
3
|
6
|
15
|
14-37
|
15
|
|
6
|
MOİK
|
24
|
1
|
4
|
19
|
7-49
|
7
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
