18 mart 2011 11:54

Aslan Kərimov: Qurbanovun köməkçisi ola bilərəm, amma istəmirəm

“Qarabağ”ın yarımmüdafiəçisi Aslan Kərimov azerisport.az saytına müsahibəsində karyerasını başa vurmaq istəyindən, məşqçilik planlarından və çempionluq mübarizəsindən danışıb.
 
- Siz yaxınlarda AFFA-nın təşkil etdiyi kurslarda iştirak etdiniz. Deməli, sizin yaşıl meydanlardakı son ilinizi görürük?
- Bəli. İki həftə kurslarda iştirak etdim. Hansı ki, mənim gələcək aqibətimi müəyyənləşdirəcək.
 
- Özünüzü lazımsız hesab edirsiz yoxsa gənclərlə rəqabət apara bilmirsiz?
- Mən belə deməzdim. Mənim mövqeyimdə Samir Abasov, Devran Ayhan, Namiq Yusifov kimi futbolçular çıxış edir. Onlar komandaya məndən daha çox fayda verə bilir.
 
- Məşqçi kimi ilk iş yerinizi müəyyənləşdirmisiz?
- Tam yox. Bir neçə variant var. Uşaq komandasından başlamaq istəyirəm. Bu, mənim üçün yaxşı təcrübə olacaq. Mövsümün sonuna kimi həftədə bir dəfə uşaq komandalarımıza baş çəkəcəm. Qurban Qurbanovun köməkçisi vəzifəsində də çalışa bilərəm. Amma hələlik bunu istəmirəm. Oynayanda elə düşünürdüm ki, hər şeyi bilirəm və bu, mənə bəs edəcək. Ancaq görürəm ki, öyrənməli çox şey var.
 
- Bəs “Qarabağ”ın baş məşqçisi olmağa hazırlaşmırsız?
- Qurban Qurbanovun yerində əyləşmək? Ancaq gələcəkdə ola bilrə. Ancaq yüz faiz yaxın iki ildə belə şey olmayacaq. Öncə təcrübə toplamaq, ondan sonra peşəkar fəaliyyətə başlamaq lazımdı.
 
- Bu mövsüm komandaya kömək edə biləcəksiz?
- Əgər lazım olsam, buna tam hazıram. Diskvalifikasiya və ya zədəli olsa, meydana çıxıb kömək edə bilərəm. Ancaq ümid edirəm ki, “Qarabağ”ın buna ehtiyacı qalmayacaq.
 
- Bu mövsümün sizin üçün əhəmiyyəti heç də az deyil...
- Şübhəsiz. Çox istərdim ki, karyeramı birinci pillədə başa vurum. Bu çox simvolik olar. Axı 1993-cü ildə də mən çempion olmuşdum. Yaxşı şəkildə getmək istəyirəm. Komandamız da cari mövsüm yaxşı təsir bağışlayır. Rəşad Sadıqov komandaya dönüb. Əfran İsmayılov da sağalıb. Bizim ehtiyat oyunçular skamyamız da genişlənib. Qurban Qurbanov heç bilmir kimi buraxsın. Bütün bunlar bizi oyunumuzu yaxşılaşdırmağa məcbur edir.
 
- “Xəzər Lənkəran” – “Neftçi” matçından nə gözləyirsiz?
- “Qarabağ”ın futbolçusu olduğundan bu oyun mənim üçün maraqlı deyil. Əgər biz birinci pillədə olmaq istəyiriksə, ilk növbədə öz oyunumuzu düşünməliyik. Rəqiblərimizin bir-biriylə oyunları artıq onların öz işidi.
 
- AZAL – “Xəzər Lənkəran” matçından nəticə çıxarmısız?
- Ümid edirəm ki, lənkəranlıların səhvlərini təkrarlamarıq. İkinci altılıqdakı bütün komandalar bərabərdi. Buna görə də bizi çox çətin oyun gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.