18 mart 2011 00:46
Yığmamız klubla heç-heçəyə razılaşdı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Şağan Olimpiya İdman Kompleksinin stadionunda “İnter” klubunun nəzdindəki 1997-98-ci il təvəllüdlü oğlanlardan təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Şəfəq Nəsirova və Əminə Heydərova fərqlənib.
