18 mart 2011 12:14
Ramiz Məmmədov Qazaxıstandakı ilk heç-heçəsini dəyərləndirdi
Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov Superliqanın 3-cü turunda səfərdə qarşılaşdıqları “Vostok” ilə oyunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, həmyerlimiz səfərdə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Oyundan öncə uşaqları bu gərgin mübarizəyə tam hazırlaya bilmişdik. Bilirdik ki, “Vostok” əbəs yerə liderlər qrupunda qərarlaşmayıb. Birinci hissədə meydan sahibləri iki qol vura bildilər. Amma komandamız özündə güc tapa, hesabı bərabərləşdirə bildi. Uşaqlardan xahiş etmişdim ki, hava ötürmələrindən mümkün qədər az istifadə etsinlər. Çünki “Vostok”un ucaboy müdafiəçiləri vardı. Öz oyunçularıma belə əzmkarlığa görə çox sağ ol demək istəyirəm”.
