19 mart 2011 13:14

Slavko Georgiyevski: Lənkəranlı fanatlardan yox, Allahdan qorxmaq lazımdı

“Neftçi”nin yarımmüdafiəçisi Slavko Georgiyevski “Xəzər Lənkəran”la dünənki matçdan (1:1) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- XL-la bu dəfəki görüşünüzü necə dəyərləndirərdiz?
- Taktiki cəhətdən biz yaxşı hazırlaşmışdıq və hesab edirəm ki, heç də pis oyun sərgiləmədik. Biz erkən qol vurmağı hədəfləmişdik ki, bu istəyimizə də çatdıq. Ondan sonra topu rəqibə verib, əks-hücumlarda oynamağa başladıq. Hər şey yaxşı keçdi, amma hakimlərin uğursuzluğu göz önündə idi. Mən bu haqda çox danışmaq istəmirəm. Ancaq qoy AFFA-da oturanlar hakimlərin işinə daha yaxşı nəzarət etsinlər.
 
- “Neftçi”nin qolu bir qədər gözlənilməz alındı...
- Biz bu qola çalışırdıq. Ona kimi də bir neçə qol vəziyyəti yaratmışdıq. Ola bilsin ki, bizi Lənkəranda heç-heçə də qane edirdi. Amma biz bura heç də ona görə gəlməmişdik. Biz XL-la oyunlarda elə də çox xal toplamamışıq. Vəziyyətlərdən istifadə etmək lazımdı. Bu görüşün qəhrəmanına gəlincə, o, nə Rodriqinyo, nə Vobay,  nə də yerli azarkeşlərdi. Bu, qapımıza qolu vuran hakim idi.
 
- Ola bilər ki, hakim lənkəranlı azarkeşlərdən qorxduğu üçün bunu edib?
- Azarkeşlərdən və ya “Neftçi”nin futbolçularından qorxmaq lazım deyil. Allahdan qorxmaq lazımdı. Hansı ki, hər şeyi gözəl görür. Mən onu mühakimə etmək istəmirəm. Qoy ona başqaları qiymət versin.

- Heç-heçə sizin üçün heç də pis nəticə sayılmamalıdı. Nəzərə alsaq ki, rəqib XL idi və siz Lənkəranda oynayırdız...
- XL bizim qapımız qarşısında cəmi bir təhlükəli qol vəziyyəti yarada bildi. Hansı ki, Vobayın zərbəsi qapı tirinə tuş gəldi. Bundan başqa rəqibin hansısa şansı olmadı. Təəssüf ki, belə görüşdə yenə əsas qəhrəman futbolçular yox, hakim oldu.
 
- Əgər bu günə kimi əsas rəqibiniz sadəcə “Neftçi” idisə, indi “Qarabağ” da var...
- Ağdamlılar çox ciddi təsir bağışlayırlar və çempionluğa oynaya bilərlər. Bu komanda çox xoş futbol sərgiləyir. Başqaları kimi necə gəldi hücuma atılmır, ağıllı hücumlar təşkil edir. Azərbaycan çempionatında 9 ardıcılı qələbə qazanmaq heç də adi şey deyil. Yaxşı ki, “Qarabağ” kimi rəqiblərimiz var. Bu komanda bizim əsas rəqibimizdi. Başqasını mən sadəcə görmürəm.

- Bəs XL?
- Hansı komanda? “Muğan”ı dediz? (gülür) Onlar bizə rəqib deyil.
 
- Yeri gəlmişkən, son vaxtlar siz həddən artıq emosional olmusuz...
- Mən necə sakit ola bilərəm ki, hamı deyir hakim bizə kömək edir? Bəs elədisə, niyə hakimlərə görə belə xal itiririk?
 
- İkihəftəlik fasilənin komandanızın xeyrinə işləyəcəyini düşünürsüz, yoxsa əksinə?
- Belə oyunlardan sonra yaxşı istirahət lazımdı. Pis oynamırıq. Mövsümün sonuna kimi belə davam etmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.