22 mart 2011 00:04
Türkiyə çempiontı: Son çempion evdə xal itirdi (YENİLƏNİB)
Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günü qardaş ölkə çempionatının ən məşhur derbisi ilə əlamətdar olub.
Cari mövsüm qətiyyən uğurlu oyun sərgiləyə bilməyən “Galatasaray” dogma meydanda əzəli rəqibi, həm də lider olan “Fenerbahçe”ni qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar sonradan dönüş yaratmağı bacarıb. Əzmkar qələbə “sarı-lacıvərdlilər”in zirvədəki mövqeyini qorumağa imkan verib.
İkinci oyun günündə əsas diqqətlər bu günlərdə Bernd Şusterlə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçiylə keçirdiyi ilk oyununda hansı nəticə qazanacağına yönəlmişdi. "Qara qartal" erkən qol buraxsa da, sonradan inamlı qələbə qazanmağı bacarıb.
Üçüncü oyun günündə liderlik mübarizəsi ilə diqqət çəkən "Trabzonspor"un səfərdə "Genclerbirliği" ilə qarşılaşması daha maraqlı alınıb. Erkən qol buraxan trabzonlular yalnız son saniyələrdə vurulan qol sayəsində əzmkar qələbə qazanıblar. Bu qələbə sözügedən komandanın "Fenerbahçe" ilə bərabər irəliləməsini təmin edib.
Turun qapanış matçında isə son çempion "Bursaspor" doğma meydanda "Ankaragücü" ilə dueldən qolsuz heç-heçəylə ayrılıb.
Türkiyə Superliqası
26-cı tur
18 mart
Galatasaray – Fenerbahce – 1:2
Qollar: Kazım, 14 – Semih, 76, Aleks, 87.
19 mart
Kasımpaşa - Manisaspor - 1:0
Qol: Varela, 73.
Gaziantepspor - İstanbul BB - 4:1
Qollar: Gücer, 7, Adin, 33; 65; 71 - Holoşko, 61.
Konyaspor - Antalyaspor - 0:0
Beşiktaş - Kayserispor - 4:2
Qollar: Almeyda, 61; 89, Ernst, 69, Kuaresma, 76 - Salayeta, 22, Teber, 81-pen.
20 mart
Eskişehirspor - Karabükspor - 1:0
Qol: Tçani, 33-öz qapısına.
Bucaspor - Sivasspor - 0:4
Qollar: Eneramo, 41, Pedriel, 61, Kılıç, 84, Yılmaz, 89.
Genclerbirliği - Trabzonspor - 1:2
Qollar: Can, 12 - Kaçar, 57, Alanzinyo, 90.
21 mart
Bursaspor – Ankaragücü - 0:0
| 1 | Fenerbahce | 26 | 19 | 3 | 4 | 62 | - | 27 | 60 |
| 2 | Trabzonspor | 26 | 18 | 6 | 2 | 54 | - | 21 | 60 |
| 3 | Bursaspor | 26 | 14 | 9 | 3 | 42 | - | 20 | 51 |
| 4 | Gaziantepspor | 26 | 13 | 7 | 6 | 34 | - | 22 | 46 |
| 5 | Kayserispor | 26 | 12 | 7 | 7 | 35 | - | 27 | 43 |
| 6 | Eskisehirspor | 26 | 11 | 8 | 7 | 29 | - | 25 | 41 |
| 7 | Besiktas | 26 | 11 | 6 | 9 | 41 | - | 31 | 39 |
| 8 | Manisaspor | 26 | 11 | 2 | 13 | 39 | - | 40 | 35 |
| 9 | Istanbul BB | 26 | 10 | 4 | 12 | 32 | - | 32 | 34 |
| 10 | Karabukspor | 26 | 9 | 7 | 10 | 38 | - | 40 | 34 |
| 11 | Galatasaray | 26 | 10 | 3 | 13 | 29 | - | 34 | 33 |
| 12 | Ankaragucu | 26 | 8 | 8 | 10 | 36 | - | 43 | 32 |
| 13 | Antalyaspor | 26 | 7 | 9 | 10 | 24 | - | 34 | 30 |
| 14 | Genclerbirligi | 26 | 7 | 7 | 12 | 28 | - | 41 | 28 |
| 15 | Sivasspor | 26 | 6 | 7 | 13 | 32 | - | 46 | 25 |
| 16 | Bucaspor | 26 | 5 | 6 | 15 | 19 | - | 40 | 21 |
| 17 | Konyaspor | 26 | 3 | 8 | 15 | 20 | - | 39 | 17 |
| 18 | Kasimpasa | 26 | 4 | 5 | 17 | 23 | - | 55 | 17 |
