19 mart 2011 13:32
GS və Fenerbahçe dünya rekordu müəyyənləşdirdi
Türkiyə çempionatının dünən baş tutuan 26-cı turunun "Galatasaray" və "Fenerbahçe" arasında keçirilən oyununda idman yarışlarında səs həddi üzrə rekord qeydə alınıb. Azerisport.az xəbər verir ki, komandaların azarkeşlərinin səsi 131,76 desibelə çatıb.
Görüşdə "Ginnesin rekordlar kitabı"nın nümayəndəsi də iştirak edib. O, yeni rekordu müəyyən edib. Əvəlki rekord 2000-ci il oktyabrın 1-də Milli Futbol Liqası çərçivəsində "Denver" və "New England Patriots" arasında keçirilmiş oyunda qeydə alınmışdı. O zaman səs müşayiəti 128,7 desiblə çatmışdı.
