19 mart 2011 14:42
AFFA-dan Belçika ilə oyun üçün 100 pulsuz bilet
Məlum olduğu kimi, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45), Brüssel şəhərindəki Rua Boduen stadionunda Azərbaycan millisi Belçika yığmasının qonağı olacaq. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyi artıq bu görüşdə əsas komandamızın dəstəksiz qalmaması üçün müəyyən tədbirlər həyata keçirməyə başlayıb.
Belə ki, həmin oyunda millimizi dəstəkləmək istəyən xaricdə yaşayan həmvətənlərimizə şərait yaratmaq məqsədilə AFFA öz vəsaiti hesabına 100 bilet alaraq Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə verib.
