19 mart 2011 13:56
XL – Neftçi matçından sonra qalmaqal
Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” görüşündən sonra xoşagəlməz olay yaşanıb. Azerisport.az xəbər verir ki, buna səbəb“Neftçi”nin hansısa oyunçusunun paltardəyişmə otağının girişində asılmış “Qonaq komanda” yazılan lövhəni sındırması olub.
Məhz bu üzdən Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev günahkarın cəzalandırılmasını tələb edib. O, buna görə təxminən 5 dəqiqə qonaq komandanın rəsmiləriylə mübahisəyə girişib.
