19 mart 2011 11:49
Uinston Parks: Hakimlik pis, penalti ədalətli idi
“Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks Premyer Liqanın 24-cü turuna təsadüf edən “Neftçi” ilə oyunu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Hakimlik çox pis idi. Baxmayaraq ki, penalti ədalətli idi. Oyunçularımız ilk qoldan sonra sınmadılar. Hesabda geri düşsək də, çox yaxşı oyun sərgilədik. Heç-heçə minimum vəzifə idi. Hər halda buna nail ola bildik”.
