19 mart 2011 00:14
Qarabağ`ın kapitanı “altılıq”dakı bütün oyunlarda qələbə qazanmaq istəyir
“Qarabağ”ın kapitanı Rəşad Sadiqov Premyer Liqanın 24-cü turunun AZAL ilə oyununu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, komandasının minimal hesablı qələbəsini belə şərh edib:
“Oyunun əvvəlində bir az çətin idi. Ancaq sonradan biz şansımızdan yararlana bildik. Buna qədər biz AZAL ilə iki dəfə qarşılaşmışdıq. Bir dəfə uduzmuşduq, digərində heç-heçə olmuşdu. Buna görə də oyuna revanş istəyi ilə çıxmışdıq. Bu istəyimizə də çatdıq. Bu, bizim artıq doqquzuncu ardıcıl qələbəmizdi. “Altılıq”da isə ikinci qələbəmizi qazanmış olduq. Çox istərdik ki, bu qələbə seriyası mövsümün sonuna kimi davam etsin”.
