19 mart 2011 12:39
Arif Əsədov Mirça Redniki döyüşə çağırdı
Dünən baş tutan Premyer Liqanın 24-cü turunun “Xəzər Lənkəran” – “Neftçi” matçından sonrakı mətbuat konfransında maraqlı bir dialoq baş tutub. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Arif Əsədov rəqib həmkarı Mirça Rednikə fərqli təkliflə müraciət edib.
Belə ki, o, “Neftçi” və “Xəzər Lənkəran”ın texniki heyətləri arasında futbol matçının keçirilməsi təklifini irəli sürüb. Rumıniyalı mütəxəssis də onun bu təklifindən imtina etməyib. Lakin onların bu duelinin nə vaxt və harda baş tutacağı dəqiqləşdirilməmiş qalıb.
