20 mart 2011 00:22
Əfran İsmayılov: Foqtsun məni dəvət etməyəcəyini gözləyirdim
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində AZAL üzərindəki qələbədən (1:0), avrokuboklardan və milli komandaya dəvət olunmamasından danışıb.
- Komandanızın AZAL-a qarşı oyunundan razı qaldınız?
- Bəli. Axı biz nəticədə istəyimizə nail ola bildik. Qələbə qazandıq, 3 xalı hesabımıza yazdıq. Odu ki, komandamızın çıxışından tam razı qaldığımı deyə bilərəm.
- Komandanın oyununu necə dəyərləndirərdiz?
- Çətin oyun oldu. Birinci hissədə çox çətinliklərlə üzləşsək də, ikinci hissədə üstünlüyə yiyələnə bildik. Hər şeyə rəğmən, qələbə hesabını qoruyub saxladıq. Biz görüşə qələbə qazanmaq üçün çıxmışdıq. Ən əsası da odu ki, bu istəyimizə çatdıq.
- Sizcə, komandanızın gücü çempionluq üçün yetərlidi?
- Əlbəttə. Niyə də yox? Axı biz qələbələrimizi sıralamağa davam edirik. Bizi qarşıda “Neftçi” və “Xəzər Lənkəran”la çətin oyunlar gözləyir. Ancaq biz hər oyuna 3 xal üçün çıxırıq. İnanıram ki, bundan sonrakı oyunlarda da uğurlarımızın davamını gətirə biləcəyik.
- Komandanız üçün avrokuboklara düşmək daha vacibdi yoxsa çempionluğu qazanmaq?
- Cavab vermək çətindi. Çox istərdim ki, həm bu, həm də o biri istəyimizə çataq. Ancaq sonda hər şeyin necə nəticələnəcəyini zaman göstərəcək.
- Berti Foqtsun qarşıdakı Belçika ilə oyun üçün açıqladığı heyətdə yer almamısız...
- Məni çağırmayacağını gözləyirdim. “İnter”lə oyunda məni meydana buraxmadılar. Çünki orda süni örtüklü meydança olduğundan zədələnməyimdən ehtiyatlandılar. Foqts da bilir ki, hələ zədədn sonra tam bərpa olmamışam. Buna görə də onun qərarını normal qarşılayıram. Ümid edirəm ki, bundan sonrakı oyunumla onun diqqətini cəlb edə və yenidən milli komandaya çağırıla biləcəm.
- Belçika ilə oyundan nə gözləyirsiz?
- Minimum gözləntim heç-heçədi. Əlbəttə, qələbə qazanmaq çox çətin olacaq. Hətta rəqibin heyətindəki çoxsaylı itkilər də bizim şanslarımızın çox olması anlamına gələ bilməz. Onlar yenə Avropanın ən güclü komandalarından biri olaraq qalırlar.
