20 mart 2011 13:54

Bakı 4 futbolçusunu və Starkovu yola saldı

Məlum olduğu kimi, Azərbaycan yığma komandasının mart ayının 29-da AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Belçika ilə oyununa hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq 19-26 mart günlərində Almaniyanın Veqberq, 27-30 mart aralığında Belçikanın Brüssel şəhərində baş tutacaq.
 
Komandamızın baş məşqçisi Berti Foqts bu toplanışa “Bakı”nın üzvləri Cəmşid Məhərrəmov və Vaqif Cavadovu da dəvət edib. “Zolaqlılar”ın yarımmüdafiəçisi İbrahim Karqbo da milli komandasının düşərgəsinə yollanacaq. O, Qabon və Afrika millətlər kubokunun Ekvatoryal Qvineyada təşkil olunacaq seçmə oyunu çərçivəsində Niger - Sierra Leone oyununa dəvət alıb. Haqqında söhbət gedən qarşılaşma mart ayının 27-də keçiriləcək.
 
Təcrübəli Vadim Borets də bu günlərdə milli forma geyinə bilər. AÇ-2012 seşmə mərhələsinin İsveç - Moldova oyununa çağrılanVadim mart ayının 29-da meydana çıxmaq şansı qazanıb.
 
Komandanın baş məşqçisi Aleksandr Starkov da qitə çempionatının rəsmi oyununda iştirak edəcək. Onun rəhbərlik etdiyi Latviya milli komandası martın 26-da İsrailin qonağı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.