20 mart 2011 12:07

Julius Vobay: Neftçi yeganə favorit deyil

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ilə ikinci ardıcıl ev oyununda qeydə alınan qollu heç-heçə haqqında nə deyə bilərsiz?
- Hər halda bu oyunu bizim hesabımıza yazmaq olar. Demək olar ki, 90 dəqiqə oyuna nəzarəti əlimizdə saxladıq. Məğlub olsaydıq, çox ədalətsiz nəticə olardı. Bizi hətta heç-heçə də qane etmirdi.
 
- Əgər hakimin təyin etdiyi penalti olmasaydı, XL uzun fasilədən sonra əzəli rəqibinə məğlub olmuş olacaqdı...
- Orda penalti var idi. Hakim cərimə meydançasındakı kobudluğu düzgün qiymətləndirdi. Xoşbəxtlikdən biz yenə “Neftçi”yə uduzmadıq və ümidvaram ki, heç vaxt uduzmarıq.
 
- Penalti nöqtəsinə yaxınlaşarkən, hansısa həyəcan yox idi? Axı bütün tribunalar həyəcanla ancaq qol gözləyirdi...
- Həyəcan mənim üçün yaddı. Mən həmişə özümü vaxtında sakitləşdirməyi bacarıram. Odu ki, penalti nöqtəsinə də soyuqqanlı yaxınlaşdım və özümə dedim ki, bacardığın kimi vur.
 
- Məgər siz XL-ın ştatlı penalti vuranısız?
- Xeyr. Sadəcə həmin vaxt ştatlı penalti vuran futbolçumuz meydanda deyildi. Buna görə d mən vurmalı oldum. Qətiyyən həyəcanlanmadım və bildim ki, vuracam.
 
- Özünüzü qəhrəman hesab edirsiz?
- Yox, siz nə danışırsız. Mən bunu vurmağa borclu idim. Evdə uduzmağımız düz deyildi.
 
- Əgər uduzsaydız, “Neftçi” ilə xal fərqiniz 7-yə çıxacaqdı...
- Gördüyünüz kimi, bu, baş vermədi. Əgər uduzsaydıq da belə, çempionluq şanslarımız azalmayacaqdı. İndi isə sadəcə 4 xal geri qalırıq. Qarşıda 8 tur var. Çoxlu dəyişikliklər olacaq.
 
- XL-ın iki ardıcıl ev oyununda “Neftçi”ni məğlub edə bilməməsi sizi narahat etmir ki?
- Xeyr. Çempionat hələ qurtarmayıb. Baxın, “Qarabağ” necə irəliləyir. Onların indiki xal ehtiyatı bizimki ilə bərabərdi. Odu ki, “Neftçi” yeganə favorit deyil.
 
- Yeri gəlmişkən, indi ikinci pillədə məhz “Qarabağ” gedir...
- Bunda xüsusi problem görmürəm. Onlarla da iki oyunumuz qalır.
 
- Hakimliyi necə dəyərləndirərdiz?
- Mən ümumiyyətlə, başa düşmürəm ki, belə böyük oyunlara niyə əcnəbi hakimlər gətirmirlər? Axı onlar heç nədə maraqlı olmurlar. Daha obyektiv idarəçilik edərlər. Əminəm ki, onda çox şey başqa cür olardı. Deməzdm ki, hakimlər kiməsə kömək edir, amma hər halda belə təsəvvür yaranır.
 
- Siz driblinqləri sevirsiz. Bizim çempionatda bunu etmək nə dərəcədə asandı?
- Azərbaycan çempionatının səviyyəsi mənim xoşuma gəlir. Ancaq driblinq etmək üçün məkan baxımından Rumıniyada da, burda da eyni çətinliklər var. Premyer Liqanın müdafiəçiləri heç də nəzakətli deyillər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.