20 mart 2011 00:47
Vüqar Nadirov: AZAL-a qarşı oynamaq həmişə çətindi
“Qarabağ”ın və milli komandamızın hücumçusu Vüqar Nadirov Premyer Liqanın 24-cü turunda AZAL ilə oyunda qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, son görüşlə bağlı bunları dilə gətirib:
“Birinci hissədə çox çətin oldu. İstədiyimiz çox şeyləri edə bilmədik. Ancaq ikinci hissədə xeyli yaxşı oyun sərgiləmiş olduq. Əlbəttə, AZAL-a qarşı oynamaq həmişə çətindi. Sadəcə biz bu dəfə istəyimizə çata bildik”.
