21 mart 2011 00:51
Miroslav Beranek: Azərbaycanın oyununu analiz etmişik
Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek qarşıdakı AÇ-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyunundan danışarkən, Azərbaycan millisini də xatırlayıb. Azerisport.az xəbər verir ki, o, Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına müsahibəsində komandamızla bağlı bunları dilə gətirib:
“Biz Almaniyanın da, Azərbaycanın da oyununu analiz etmişik. Və mən sizə deməliyəm ki, almanlar top itirən kimi dərhal pressinq tətbiq edib, yenidən onu özlərinə qazanırlar. Bunun üçün onların sadəcə 5-6 saniyə vaxtları gedir”.
