21 mart 2011 14:55
Fenerbahçe`nin qapıçısı Volkan qovuldu
“Kayserispor” klubunun rəhbərliyi “Fenerbahçe”dən icarə əsasında heyətində qatdığı qapıçı Volkan Babacanı mövsümün bitməsinə iki ay qalmasına rəğmən komandadan kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi sözügedən qapıçını qovmasının konkret səbəblərini açıqlamasa da, müəyyən ehtimallar movcuddu.
Məsələ burasındadı ki, Kayseri klubunun əsas qapıçısı Suleymanunun zədəli olduğu dövrdə ikinci qapıçı kimi oyunlarda komandanın qapısını qorumalı olan bu futbolçu məhz “Fenerbahçe” ilə səfər oyunundakı (0:2) performansı ilə böyük səs-küyə səbəb olmuşdu. Xüsusilə, “Fenerbahçe”nin çempionluq yolundakı əsas rəqiblərindən olan “Trabzonspor”un prezidenti Sadri Şener hər iki komandanı, xüsusilə Volkanı hədəfə almışdı.
Maraqlıdı ki, “Kayserispor” rəhbərliyi Volkan Babacanı heç də həmin söhbətlər yaranan vaxtda yox, ondan bir müddət sonra göndərməyi qərara aldı. Bu qərar isə yenidən “Fenerbahçe” - “Kayserispor” görüşünün nəticəsinin şübhə altına düşməsinə şərait yaratmış oldu.
