22 mart 2011 00:46
Mahir Şükürovsuz Anji Zenit`ə uduzdu (YENİLƏNİB)
Rusiya Premyer Liqasında ikinci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun qapanış matçında həmyerlilərimizin komandası olan “Anji” səfərdə “Zenit”in qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə mövsümə doğma meydanda "Krasnodar" ilə dueldəki heç-heçə ilə başlayan Mahaçqala klubu hələlik cəmi 1 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komandanın son görüşündə də millimizin üzvü Mahir Şükürov çıxış edə bilməyib. Çünki həmyerlimiz uzun müddətdi zədəli idi və hazırda bərpa prosesi keçir.
“Anji”də millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovla Emin Ağayevin işlədiyini də vurğulayaq.
