22 mart 2011 00:38

Ramim: Bakı daha çox ölkə kubokuna ümid bəsləyir

“Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim azerisport.az saytına müsahibəsində “İnter”lə son oyundan, çempionatdakı şanslarından, ölkə kubokundan və millimizin baş məşqçisi Berti Foqtsdan danışıb.
 
- Yaxınlarda millimizin baş məşqçisi Berti Foqts Belçika ilə oyun üçün heyəti açıqladı. Lakin onun çağırdığı futbolçular arasında sizin adınız yoxdu...
- Mən “Neftçi” ilə görüşdə oynamadım. Həmçinin “Qəbələ” ilə kubokun cavab matçında da meydanda deyildim. Foqts özü də müsahibəsində bildirib ki, kimlər ki, oynayır, onlara dəvət göndərib. Mən ehtiyatda qalmışam. Formamı itirmişəm. Nə deyə bilərəm ki? Alman da istəyir ki, yığma daha yaxşı oynasın. Buna görə də, o, ən yaxşılara dəvət göndərir. Belçikaya qarşı oynamağı çox istəyirdim. Azərbaycan yığmasında çıxış etmək mənim üçün böyük şərəfdi. Ancaq Foqtsun qərarı ilə tam razıyam. İndi sadəcə formamı bərpa edib, yaxş oynamaq və yığmaya qayıtmaq üçün çalışmaq qalır. “Bakı”nın Türkiyədəki təlim-məşq toplanışında ikiqat güclə çalışmalı olacam.
 
- Yığmamızın qarşıdakı Belçika ilə oyundakı şanslarını necə qiymətləndirərdiz?
- Fikrimcə, çətin olacaq. Hesab edirəm ki, komanda meydana ancaq qələbə üçün çıxmalıdı. Hər halda futbolçular bu yolda əllərindən gələni edəcəklər. Asan oyun gözləməyin. Axı belçikalılar doğma meydanda daha güclü oyun sərgiləyir. Ancaq mən inanıram ki, futbolçularımız Brüsseldən sensasiya ilə qayıtmağı bacaracaqlar.
 
- “Bakı”dan danışaq. “İnter”lə son oyununuz heç də pis alınmadı...
- Həqiqətən, “Bakı” həmin görüşdə tam başqa oyun sərgilədi. Erkən qol bizim açılışmağımıza səbəb oldu. Həm birinci, həm də ikinci hissədə əlavə qol şanslarımız olsa da, dəyərləndirə bilmədik. Amma Jabanın qolu gözəl alındı. Məhz o qol bizə oyunda üstünlüyü ələ almağa imkan verdi. “İnter”in orta xəttində problem var idi və biz bundan maksimum yararlandıq. Həmin oyunda 3 xal götürməyə borclu idik.
 
- Ancaq ikinci hissədə də “İnter” daha yaxş oynamağa başlamışdı...
- Bəli, ikinci hissədə “bankirlər” yaxşı oynadılar. Bizdə bir qədər arxayınlıq yarandığından, onlar cavab qolunu vurmağı bacardılar. Təəssüf. Buna çox məyus olduq. Halbuki, o qolu buraxmağa layiq deyildik. Ancaq oyunların heç də hamısı istədiyin kimi alınmır. Gördüyünüz kimi, oynasaq da, qələbə qazana bilmirik.
 
- Bu heç-heçədən sonra komandanızın çempionluq şansları daha da azalmış oldu...
- Bu şanslarımızı yaxşılaşdırmaq üçün bizə qalan bütün görüşlərimizdə qələbə qazanmaq lazımdı. Hamı başa düşür ki, çempion olmaq çox çətin məsələdi. Hər ehtimala qarşı sona kimi oynamalı olacağıq. Reallıq isə budu ki, qızıl medallara şansımız çox azdı. Hər halda Premyer Liqanın mükafatçılarından biri ola bilərik. “Bakı” üçün başlıca vəzivə avrokuboklara düşməkdi. Buna görə də biz daha çox Azərbaycan kubokuna ümid bəsləyirik.
 
- Kubokda da sizi “Xəzər Lənkəran”la çətin duel gözləyir...
- Ölkə kubokunda bizim əla şanslarımız var. XL-la matç çətin olacaq. Ancaq bizim qələbədən başqa çıxış yolumuz yoxdu. Əgər Lənkəranda qələbə qazansaq və ya heç-heçə etsək, onda kubokun finalına çıxa bilərik. Bu ilə kubok daha çətindi. Axı XL-la yanaşı AZAL və “İnter” də az iddialı deyil. Ancaq bu il biz Azərbaycan kubokunu qazanmaq istəyirik. Bu, çempionatdakı uğursuz çıxışımıza görə bizə bəraət qazandıra bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.