22 mart 2011 13:22
Rusiya yığmasını baş məşqçisi: Azərbaycanla oyun çox vacibdi
Rusiyanın futbol üzrə gənclərdən ibarət yığmasının baş məşqçisi Nikolay Pisarev komandasının İspaniyadakı hazırlıq prosesindən danışıb. Azerisport.az xəbər verir ki, o, martın 26-da keçirəcəkləri Qvineya, 29-da isə yığmamızla qarşılaşmaların vacibliyindən də danışıb:
“Qarşıdakı oyunlar çox vacibdi. FİFA-nın yoldaşlıq oyunları üçün belə “pəncərə”ləri elə də çox deyil. Buna görə bizim hər belə şansdan maksimum yararlanmağımız lazım gəlir. Yenidən bir yerə toplaşmağımız çox vacibdi. Uşaqlar yığmaya məmnuniyyətlə gəlirlər”.
